"Neftçi"dən daha bir transfer

Futbol 12.06.2018 13:18
"Neftçi"dən daha bir transfer
1013 Dəfə oxunub
"Neftçi” daha bir transferini rəsmiləşdirib. Paytaxt klubu ötən mövsümü "Sumqayıt"da keçirən Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.

Eyubov ötən mövsüm "Sumqayıt”da 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib.

Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.