invest

İspaniya yığmasında şok: baş məşqçi istefaya göndərildi

Futbol 13.06.2018 15:18
İspaniya yığmasında şok: baş məşqçi istefaya göndərildi
1516 Dəfə oxunub
İspaniya yığmasının baş məşqçisi Xulen Lopeteqi Portuqaliya ilə oyundan 2 gün əvvəl istefaya göndərilib. Krasnodarda keçirilən mətbuat konfransında Lopateqi və İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales bu haqda məlumat veriblər.

Rubiales qərarlarını belə əsaslandırıb: "Biz baş məşqçinin xidmətlərindən imtina etməli olduq. Ona gələcəkdə uğurlar arzu edirik."

Əvvəlcə belə məlumat yayılmışdı ki, başda Serxio Ramos olmaqla "Real Madrid"in futbolçuları Lopeteqinin saxlanılmasını istəyirdilər.

Xatırladaq ki, dünən dünən "Real Madrid" Lopeteqinin Dünya çempionatından sonra kral klubunu çalışdıracağına dair rəsmi məlumat yaydı.  Bu məlumat İspaniya Futbol Federasiyasının rəhbərliyini özündən çıxarıb. Xatırladaq ki, 3 həftə əvvəl Lopeteqi milli komanda ilə müqaviləsini 2020-ci ilə qədər uzatmışdı.