DÇ-2026-nı ABŞ, Meksika və Kanada qəbul edəcək

Futbol 13.06.2018 16:12
DÇ-2026-nı ABŞ, Meksika və Kanada qəbul edəcək
500 Dəfə oxunub
Bu gün Moskvada FİFA-nın növbəti konqressi keçirilib. Tədbirdə 2026-cı ildə təşkil olunacaq Dünya çempionatının təşkilatçısı bəlli olub.

Səsvermə nəticəsində ABŞ-Kanada-Meksika qalib gəlib. Şimali Amerika ölkələri 134 səs (67 faiz) toplayıb. Digər iddiaçı Mərakeş 65 federasiyanın (33 faiz) səsini yığa bilib.

Xatırladaq ki, 2022-ci ildə mundiala Qətər ev sahibliyi edəcək.