invest

İspaniyanın baş məşqçisi Yerro oldu

Futbol 13.06.2018 17:12
İspaniyanın baş məşqçisi Yerro oldu
716 Dəfə oxunub
İspaniya milli komandasının yeni baş məşqçisi məlum olub. "Real"ın və millinin sabiq müdafiəçisi Fernando Yerro bu posta təyin olunub. Xulen Lopeteqi baş məşqçi postundan istefaya göndərildikdən sonra millini iyunun 15-də Portuqaliya yığması ilə oyuna hansı mütəxəssisin çıxaracağı bilinmirdi.

Yerro İspaniya Futbol Federasiyasında idman direktoru vəzifəsində çalışırdı. O, bu gün milli komanda ilə ilk məşqinə çıxacaq.

İspaniya Dünya çempionatının qrup mərhələsində Portuqaliya (15 iyun), İran (20 iyun) və Mərakeşlə (25 iyun) qarşılaşacaq.