Champions

"CBC Sport" şərhçi müsabiqəsi elan edir

Futbol 13.06.2018 17:57
"CBC Sport" şərhçi müsabiqəsi elan edir
546 Dəfə oxunub
Futbol üzrə dünya çempionatının başlanmasına 1 gün qalmış “CBC Sport” telekanalından idmansevərlərə və özünü televiziya sahəsində sınamaq istəyənlərə müjdə!

Ölkə və dünya idmanının dəyişməz ünvanı “CBC Sport” telekanalı şərhçi mövqeyinə müsabiqə elan edir. Müsabiqəyə qatılmaq üçün CV-nizi elə bu dəqiqə [email protected] ünvanına göndərə bilərsiniz.

CV-də özünüz haqqında məlumatlar nə qədər ətraflı və dolğun olarsa, müsabiqəyə düşmək şanslarınız bir o qədər yüksələr.

Nəzərinizə çatdıraq ki, CV qəbulu yalnız yuxarıda göstərilən elektron ünvanda qəbul edilir. “Facebook” səhifəmizə isə yalnız hansısa məlumatı dəqiqləşdirmək üçün yazın; CV-lərin qəbulu orada aparılmır.

CV-nizi göndərin, bir neçə sınaqdan keçin və “CBC Sport”da işə başlayın!

Şərhçilik uşaqlıq arzunuzdursa və səsinizin televizordan gəlməsini istəyirsinizsə, bu şansı qaçırmayın!