invest

Uruqvay 90-cı dəqiqə qolu ilə qalib gəldi

Futbol 15.06.2018 18:54
Uruqvay 90-cı dəqiqə qolu ilə qalib gəldi
560 Dəfə oxunub
Rusiyada keçirilən dünya çempionatında bu gün daha 3 oyun keçirilir.

Günün ilk matçında Uruqvay və Misir komandaları qarşılaşıb. A qrupunda mübarizə aparan yığmaların görüşündə yalnız 1 qol vurulub. Uruqvay 90-cı dəqiqədə Xose Ximenesin vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, A qrupunda Rusiya və Uruqvay 3 xalla liderdilər. Misir və Səudiyyə Ərəbistanın xalı yoxdur.  

A qrupu

16:00. Misir - Uruqvay - 0:1
Qol: Xose Ximenes, 90

B qrupu

19:00. Mərakeş - İran
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
"Sankt-Peterburq" stadionu

22:00. Portuqaliya - İspaniya
Baş hakim: Canluka Rokki (İtaliya)
Soçi, "Fişt" stadionu