Danimarka qalib gəldi, Argentina büdrədi

Futbol 16.06.2018 23:32
Danimarka qalib gəldi, Argentina büdrədi
448 Dəfə oxunub
Rusiyada futbol üzrə Dünya çempionatı davam edir.

Argentina İslandiya ilə üz-üzə gəlib. Son Avropa çempionatında sürpriz nəticə ilə yadda qalan avropalılar Messinin kapitanı olduğu komandadan bir xal alıb - 1:1. Messi bu oyunda penaltini qola çevirə bilməyib.

Peru isə Danimarkaya minimal hesabla uduzub.

C qrupu
Peru - Danimarka - 0:1
Qol: Poulsen, 59
"Saransk, "Mordoviya Arena"

D qrupu
Argentina - İslandiya - 1:1
Qol: Serxio Aquero, 19 (1:0), Alfred Finnboqason, 22 (1:1)
Moskva, "Spartak" stadionu