Klublarımızın rəqibləri bilindi

Futbol 20.06.2018 16:24
Klublarımızın rəqibləri bilindi
1503 Dəfə oxunub
UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin püşkü atılıb.

Ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşib.

"Keşlə" Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda keçiriləcək. Ötən mövsüm "Neftçi" Avropa Liqasının I mərhələsində "Baltsan"ı mübarizədən kənarlaşdırmışdı - 2:0, 1:2.

"Qəbələ" Lüksemburq təmsilçisi "Proqres"ə rəqib olub. İlk oyun səfərdə olacaq.

"Neftçi" isə Macarsıstanın "Uypeşt" klubu ilə üz-üzə gələcək. İlk oyunun Bakıda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki,  I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.