"Sumqayıt" "Hapoel"in oyunçusunu transfer etdi

Futbol 09.07.2018 19:45
"Sumqayıt" "Hapoel"in oyunçusunu transfer etdi
675 Dəfə oxunub
Yeni mövsümə hazırlığını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçunu heyətinə cəlb edib. Son mövsümü İsrail Premyer Liqası təmsilçisi "Hapoel Ra'anana"da keçirmiş əslən azərbaycanlı olan Əli Babayevlə 2 illik müqavilə imzalanıb.

Babayev "Sumqayıt"da 99 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü dayaq yarımmüdafiəçisi peşəkar karyerası boyunca yalnız "Hapoel Ra'anana"nın şərəfini qoruyub. Əli Babayev İsrail təmsilçisinin heyətində meydana çıxdığı 135 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. O, son mövsümdə isə 19 rəsmi oyunda meydana çıxıb.