"Bursaspor" millimizin üzvünü icarəyə verəcək

Futbol 09.07.2018 19:48
"Bursaspor" millimizin üzvünü icarəyə verəcək
497 Dəfə oxunub
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ozan Can Kökcünün “Bursaspor”da qalmaq şansı azdır. Türkiyə mətbuatının yaydığı xəbərə görə,   Superliqa təmsilçisi yarımmüdafiəçini icarəyə vermək istəyir.

Hərçənd baş məşqçi Samet Aybaba iyulun 12-dən etibarən keçirəcəkləri yoxlama görüşlərində həm ona, həm də digər gənclərə özlərini göstərmək imkanı yaradacaq. Amma məşqçi Kökcü ilə yanaşı, Alper Adəmoğlunun da başqa klubda təcrübə toplamasının tərəfdarıdı.

Xatırladaq ki, Ozan Can Kökçü ötən mövsümü Hollandiya çempionatının I dəstəsində mübarizə aparan "Valveyk" klubunda icarədə keçirib.