Araz Abdullayev "Panionis"in düşərgəsini tərk etdi

Futbol 10.07.2018 16:14
Araz Abdullayev "Panionis"in düşərgəsini tərk etdi
1333 Dəfə oxunub
Üç gün əvvəl Yunanıstanın "Panionios" klubu ilə müqavilə imzalayan Araz Abdullayev Bakıya qayıdıb.

futbol11.az saytı xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Yunanıstan təmsilçisindən ayrılıb. Əldə etdiyimiz məlumata görə, futbolçu şəxsi problemlərini əsas gətirərək, Bakıya geri dönüb. Millimizin üzvü "Panionios"un heyətində cəmi 1 məşq edib və məşçi ilə danışdıqdan sonra klubu tərk edib.

O, klubdakı şəraitdən narazı qaldığını bildirib.

Qeyd edək ki, Araz Abdullayev "Panionios"la 2 illik müqavilə imzalamışdı. Yunanıstan klubu Araza görə "Qəbələ"yə təzminat da ödəmişdi.