invest

"Olimpiya"nın kapitanı: ""Qarabağ" optimal formada deyil"

Futbol 10.07.2018 17:28
"Olimpiya"nın kapitanı: ""Qarabağ" optimal formada deyil"
1066 Dəfə oxunub
Sloveniyanın "Olimpiya" klubunun kapitanı Branko İliç Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

35 yaşlı müdafiəçi mətbuat konfrasında "Qarabağ"ın "Ludoqorets" və Kiyev "Dinamo"su ilə yoxlama oyunlarına baxdıqlarını deyib.  Onun fikrincə, Azərbaycan çempionu bu matçlarda yaxşı oynamaq üçün lazımi keyfiyyətə malik olduğunu göstərib: "Bununla yanaşı, komanda ciddi dəyişikliyə məruz qalıb və optimal formada deyil. "Qarabağ" yaxşı komanda olsa da, özümüzə inanırıq və inkişafa nail olmuşuq. Fikrimcə, mərhələ adlayacağımıza ümid edə bilərik. Düşünürəm ki, indiyədək yaxşı işlər görmüşük".

İliç komandasının hazırlığından da danışıb: "Yeni məşqçimiz Stolitsa rəqibi bizim oyunla ayaqlaşmağa məcbur etməyimizi istəyir. Biz bunun üzərində işləyir, təhlillər aparır, səhvlərimizi düzəldirik. Sabah qələbə qazanacağımıza söz verə bilmərəm. Çox yaxşı oynamağa çalışacaq və ötənilki nəticəni təkrar etməmək üçün hər şeyi edəcəyik".

Qeyd edək ki, iyulun 11-də Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək "Olimpiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.