"Keşlə" Bahodir Nasimovu transfer etdi

Futbol 11.07.2018 13:23
"Keşlə" Bahodir Nasimovu transfer etdi
981 Dəfə oxunub
"Keşlə" "Baltsan"la keçirəcəyi Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Heyətdə yer alan futbolçulardan ikisi yenidir. Bunlardan biri vaxtilə “Neftçi”də çıxış etmiş özbəkistanlı hücumçu Bahodir Nasimovdur. 31 yaşlı forvard illər vətənində  “Buxara” klubunun formasını geyinib.  30 yaşlı serbiyalı Miloş Boşançiç isə hücumameylli yarımmüdafiəçidir və son olaraq, Çexiya "Slovan"ında çıxış edib.

Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev

Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı

Yarımmüdafiəçilər: 7. Vaqif Cavadov, 8. Miloş Boşançiç, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna

Hücumçular: 9. Amil Yunanov, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 39. Əlibəy Məmmədli