Sənan Qurbanov: "Məqsədimiz mərhələni keçməkdir"

Futbol 11.07.2018 20:27
Sənan Qurbanov: "Məqsədimiz mərhələni keçməkdir"
398 Dəfə oxunub
Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Proqres" klubuyla ilk oyundan əvvəl mətbuat konfransı keçirib. Gənc mütəxəssis ilk olaraq komandasının sabahkı oyuna hazırlığı haqda danışıb:

"Yenidən bu ab-havanı yaşamaq çox xoş oldu. Hamımız üçün sevindiricidi. Başqa bir həyəcandı, bizim üçün futbol bayramıdır. Ab-hava yaxşıdı. Məqsədimiz birdi - mərhələ keçməkdir".

Baş məşqçi zədə səbəbindən ilk oyunu buraxacaq Kapitan Cavid Hüseynovun yoxluğundan danışıb: "Onun yoxluğu yaxşı hal deyil. Hər bir futbolçu, xüsusilə Cavid bizim üçün vacibdri. İlk gündən hazırlığa Hüseynovsuz başlamalı olduq. O, zədəli olduğundan, təlim-məşq toplanışı buraxdı. Onun yerinə layiqli futbolçularımız var.

Sənan Qurbanov "Qəbələ"yə cəlb olunmuş yeni futbolçular haqda da fikrini bildirib: "Lilay bizə tez qoşuldu. Digər legionerlər Sloveniyada təlim-məşq toplanışına qatıldılar. Onların dediyinə görə, ab-hava elədi ki, komandaya uyğunlaşmaqda problemləri olmadı. Biz bir ailəyik. Mənə elə gəlir ki, hər gün daha yaxşı olacaq.
  
"Qəbələ"nin çalışdırıcısı rəqibi dəyərləndirib: "Rəqibi təhlil etmişik. Ancaq bu, ötən mövsümkü oyunlarla bağlı olub. Təəssüf ki, fasilə müddətindəki yoxlama matçlarını əldə etdə bilmədik. Ancaq komanda, heyəti haqda məlumatımız var. Yetərincə intizamlı, müdafiədə sıx oynayan komandadı. Biz də buna uyğun işimiz qurmuşuq.