invest

Roberto Bordin: "Seviliya" haqqında düşünmürük"

Futbol 11.07.2018 21:10
Roberto Bordin: "Seviliya" haqqında düşünmürük"
726 Dəfə oxunub
"Neftçi"nin baş məşqçisi Roberto Bordin Macarıstanın "Uypeşt" klubu ilə oyundan əvvəl mətbuat konfransı keçirib. İtaliyalı mütəxəssis ilk matçın həmişə vacib olduğunu qeyd edib: "Uypeşt" güclü rəqibdir. Bu oyuna da ciddi hazırlaşıblar. Biz də vaxtımızı boş yerə keçirməmişik. Yaxşı start gğtürmək istəyirik. Bütün futbolçular da buna hazırdır".

İtaliyalı məşqçi yoldaşlıq oyunlarında qazanılan qələbələr barədə də danışıb: "Nəticə həmişə vacibdir. Amma yoxlama oyunlarında əsas futbolçuların hazırlığıdır. Qələbə qələbə gətirir. Biz sabah qalib gəlmək istəyirik. Biz yaxşı hazırlıq keçmişik və fiziki cəhətdən artırmışıq. Amma deyə bilmərəm ki, futbolçulardan 100 irəliləyiş olub. Əsas odur ki, komanda sabahkı oyuna hazırdı. Macarların yaxşı komandası var. Diqqətli olmalıyıq. "Sevilya" haqqında düşünmürük.  Bizim hazırda əsas məqsədimiz bu iki oyundur".

Bordin yerli və əcnəbi futbolçuların bir-birlərini yaxşı başa düşdüklərini deyib: "Ümid edirəm ki, gənc futbolçularda irəliləyiş olacaq. Onlardan razıyam. Bəziləri gənclərdən ibarət yığmalarda oynayırlar".

Bordin hazırlığa gec qoşulan yeni transfer Kvame Karikarinin sabah meydana çıxa biləcəyini deyib: "O, güclüdür və Karikarinin potensialı imkan verir ki, sabah meydanda olsun. Amma indidən deməyəcəm kimlər start heyətində yer alacaq. Son məşqdən sonra bu haqda düşünəcəm".