Qarabağ Sloveniyada qalib gəldi

Futbol 12.07.2018 01:07
Qarabağ Sloveniyada qalib gəldi
1120 Dəfə oxunub
“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə qoşulub.
Ağdam klubu birinci təsnifat mərhələsinin ilk matçında səfərdə “Olimpiya”nın qonağı olub.  Qurban Qurbanovun komandası 1:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Çempionlar Liqası, I təsnifat mərhələsi

İlk oyun

22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Donald Gerrye, 79
Qırmızı vərəqələr: İssah Abass, 85 ("Olimpiya"), Qara Qarayev, 90+1 ("Qarabağ")