Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı çıxış edəcəyik"

Futbol 08.08.2018 12:41
Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı çıxış edəcəyik"
686 Dəfə oxunub
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov BATE ilə oyundan (0:1) sonra mətbuat konfransı keçirib. O, cavab matçında daha yaxşı şıxış etməyə çalışacaqlarını deyib: "Məğlub olduq. İstəməzdik. Amma hələ 1-ci oyundur. Qarşıda 90 dəqiqəmiz var. Daha yaxşı hazırlaşacağıq. Bir az həyəcan var idi. Buna baxmayaraq, futbolçular 2-ci hissə daha yaxşı oynadılar. BATE təcrübəli komanda idi.  Rəqib ilk hissədə hücumlar təşkil etdi və bundan da istifadə etdi. Hər bir komandanın öz oyun üslubu var. Çalışırdlar ki, bizə çətinlik yaratsınlar. Futbol səhvlər üzərində qurulub.

Qurbanov Dani Kintanın son məşqdə zədələndiyi və bu səbəbdən heyətdə olmadığını bildirib.

Ağdam klubunun çalışdırıcısı BATE-dən gözlədikləri oyunu gördüyünü deyib: "BATE düşündüyüm kimi oynadı. İlk növbədə böyük təcrübəni gördük. Sürətli hücumları vardı. Bu gün ot örtüyü əvvəlkindən daha pis idi. Amma meydan hər iki komanda üçün eynidir. Biz meydanı bəhanə edə bilmərik".

Azərbaycan çempionunun çalışdırıcısı cavab qarşılaşmasında daha yaxşı çıxış edəcəklərini söyləyib: "Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram. Amma heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcyik. Futbolçularla söhbətimiz oldu. Qarşıda hələ 90 dəqiqə var. Soyuqqanlı şəkildə cavab oyununa hazırlaşmalıyıq".