Champions

"Qarabağ"ın oyunu təxirə salındı

Futbol 08.08.2018 16:55
"Qarabağ"ın oyunu təxirə salındı
1781 Dəfə oxunub
Topaz Premyer Liqasının 1-ci turunda keçirilməli olan “Qarabağ” - "Zirə" oyunu təxirə salınıb. Peşəkar Futbol Liqasına müraciət edən “Qarabağ” III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.

“Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib:

Topaz Premyer Liqasının I turunun “Qarabağ” – “Zirə” matçı 10 avqust tarixdən, 26 sentyabr tarixə keçirilib.