Kurtua "Real"da!

Futbol 09.08.2018 11:58
Kurtua "Real"da!
724 Dəfə oxunub
“Çelsi”dən ayrılan Tibo Kurtua "Real Madrid"lə anlaşıb.

Belçikalı qapıçı bir müddət idi ki, London klubunun məşqlərində iştirak etmirdi.  

Kurtua bu gün tibbi müayinədən keçəcək və “Santyaqo Bernabeu”da təqdimat mərasimi olacaq. O, yeni klubu ilə 6 illik müqavilə imzalayacaq. Bu satışdan “Çelsi” 40 milyon avro qazanacaq.

Qeyd edək ki, Kurtua “Çelsi”yə 2011-ci ildə “Genk”dən transfer olunub. 3 il “Atletiko”da icarə əsasında çıxış edən belçikalı Lodon klubunda 2014/15 mövsümündə debüt edib.