BATE-nin futbolçusu: "Bizim elə də böyük üstünlüyümüz yoxdur"

Futbol 10.08.2018 12:31
BATE-nin futbolçusu: "Bizim elə də böyük üstünlüyümüz yoxdur"
820 Dəfə oxunub
BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun Belarus mətbuuatına açıqlama verib. O, "Qarabağ"la oyun haqqında da fikirlərini bildirib: "Hələ heç kim PSV haqda düşünmür. Komanda şəklində addım-addım irəliləyirik".

Bakıda Ağdam klubunun qapısına yol tapan 30 yaşlı futbolçu Borisovda "Qarabağ"a qarşı fərqli taktika ilə mübarizə aparacaqlarını deyib: "Açıq danışsaq, bizim elə də böyük üstünlüyümüz yoxdur. Qarşıda  Borisovda keçirəcəyimiz cavab oyunu var. Ümid edirəm ki, ev matçında həm hücumda, həm də müdafiədə bir qədər fərqli oyun nümayiş etdirəcəyik. Amma əminəm ki, Bakıda olduğu kimi, doğma meydanda da bizə çətin olacaq".

Qeyd edək ki, "Qarabağ"la BATE arasında cavab matçı avqustun 14-də Borisovda keçiriləcək və Bakı vaxtı ilə 21:00-da start götürəcək. İlk oyunda Belarus klubu minimal hesablı qələbəyə sevinib.

Xatırladaq ki, bu cütün qalibi pley-off mərhələsində son Hollandiya çempionu PSV-yə rəqib olacaq.