DÇ-2030 İspaniyada?

Futbol 13.09.2018 11:16
DÇ-2030 İspaniyada?
377 Dəfə oxunub
İspaniya 2030-cu ilin dünya çempionatını keçirmək niyyətindədir.
İspaniya Kral futbol Federasiyasının prezidenti Luis Rubiales bu barədə artıq FIFA-nın rəhbəri Gianni Infantinoya məlumat verib.

Həmçinin İspaniyanın DÇ-2030-u Portuqaliya və Mərakeşlə birlikdə keçirməklə bağlı müraciət edəcəyi də istisna olunmur.

Bundan əvvəl Uruqvay, Argentina və Paraqvayın birlikdə, həmçinin Böyük Britaniyanın İrlandiya ilə birlikdə, eyni zamanda Çinin 2030 mundialını keçirməyə iddialı olduqları barədə məlumat yayılmışdı.

Xatırladaq ki, İspaniya 1982-ci ildə dünya çempionatına ev sahibliyi edib.
Növbəti mundiallara gəlincə, DÇ-2022 Qətərdə, DÇ-2026 isə Kanada-Meksika-ABŞ-da keçiriləcək.