FIFA icarə ilə bağlı limit tətbiq etmək istəyir

Futbol 13.09.2018 11:43
FIFA icarə ilə bağlı limit tətbiq etmək istəyir
268 Dəfə oxunub
FIFA icarəyə verilən oyunçuların sayına məhdudiyyət qoymağın mümkünlüyünü nəzərdən keçirir.

Beynəlxalq Futbol Federasiyasının planına əsasən, klublar maksimum 8 futbolçunu, o cümlədən eyni komandaya onlardan ən çoxu 3-4-nü icarəyə verə biləcəklər.

Amma klubların 21 yaşınadək istedadlı oyunçuları üçün istisnalar ola bilər.

Əgər limit qüvvəyə minsə bu, hazırkı mövsümdə, müvafiq olaraq, 40 və 26 oyunçusunu icarəyə verən “Chelsea” və “Juventus” kimi klublara daha çox təsir edəcək.