Futbolçular üçün “Cəza çarxı”

Futbol 13.09.2018 15:39
Futbolçular üçün “Cəza çarxı”
365 Dəfə oxunub
Almaniyanın “RB Leipzig” klubunda futbolçular üçün maraqlı cəza üsulu tətbiq olunub.
Komandanın baş məşqçisi Ralf Rangnick nizam-intizamı pozan oyunçuların cəzasını müəyyənləşdirmək məqsədilə bazada “Cəza çarxı” quraşdırıb.

Klub dükanında işləmək, klub yeməkxanasına yemək paylamaq, stadion və kluba təşrif buyuranlara bələdçilik etmək, ot örtüyünü biçmək, işçilər üçün hədiyyələr almaq, balet tumanında məşq etmək – oyunçular üçün belə “mükafat” sahələri var.

Rangnickin fikrincə, futbolçular üçün əsas cəza boş vaxtlarının olmamasıdır.
Amma bu hələ ki, komandaya müsbət təsir etmir. “RB Leipzig” ilk iki turdan sonra Bundesliqada cəmi 1 xal qazanıb.