Avstriyalı Hakimlər və Hakim-İnspektorlar Komitəsinə rəhbərlik edəcək

Futbol 14.09.2018 16:18
Avstriyalı Hakimlər və Hakim-İnspektorlar Komitəsinə rəhbərlik edəcək
145 Dəfə oxunub
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Çıxarılan əsas qərara görə, AFFA-nın Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilib. Bundan sonra yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərəcək.

AFFA İK-nin qərarına əsasən, sabiq FIFA referisi 52 yaşlı avstriyalı Fritz Stuchlik yeni strukturun rəhbəri təyin olunub. Özü də komitə birbaşa İcraiyyə Komitəsinə tabe olacaq və rübdə 1 dəfə hesabat xarakterli məruzə edəcək.

Yeri gəlmişkən, Stuchlik 1994-2009-cu illərdə 89 beynəlxalq oyunun hakimi olub.
O, müsahibələrinin birində 2000-ci ildə Çempionlar Liqasında idarə etdiyi “Bordeaux” – “Valencia” matçını, həmçinin 2008-ci ildə Misir superkuboku uğrunda 90 min azarkeşin izlədiyi “Əl Əhli” – “Zamalek” qarşılaşmasını karyerasının zirvəsi saydığını bildirmişdi.