“CBC Sport”un aparıcıları kimləri favorit görür?

Futbol 18.09.2018 14:26
“CBC Sport”un aparıcıları kimləri favorit görür?
1997 Dəfə oxunub
Çempionlar Liqasının oyunlarını yayımlayacaq “CBC Sport”un bəzi aparıcı və müxbirləri yarışla bağlı suallarımızı cavablandırıblar.  

1) Çempionlar Liqasında hansı komandaya rəğbətiniz var?

2) Bu azarkeşlik fanatlıq səviyyəsindədir, yoxsa sadəcə bir rəğbət?

3) Sizcə, bu mövsüm Çempionlar Liqasının qalibi hansı komanda ola bilər?


Əminə Kazımova:
1) Könül istərdi ki, 1 iyun 2019-cu il tarixində İspaniyanın paytaxtı Madriddə finalda “Galatasaray” oynasın. “Qarabağ”da alınmadı, heç olmasa bir türk klubu bizi sevindirsin. Bu mövsüm Çempionlar Liqasında rəğbət bəslədiyim komanda “Galatasaray”dır.
“Porto”, “Lokomotiv Moskva” və “Schalke 04” Fatih Terim və yetirmələrinin keçə biləcəyi komandalardır, məncə. Ən azı pley-offa çıxa bilərlər.

2) Məni tanıyanlar bilir, hansısa kluba fanatlıq səviyyəsində azarkeşlik etmirəm. Amma futbolda sürprizləri sevirəm. Məsələn, həmişə “Real Madrid”in qələbə qazanması mənim üçün sıxıcıdır. Zəif komanda geridönüş edəndə oyun həyəcanlı olur. Bir anlıq öz koamndalarımızdan birini təsəvvür edirəm orda, necə sevinərdik. Deməli, həmin zəif komandanın azarkeşləri də elə sevinir. Geridönüş edə bilmək, futbolçuların bu əzmini izləmək, ümumiyyətlə, maraqlıdır.

3) “Bayern Münhen”, “Juventus” və ya “Liverpool” ola bilər. Amma arzum “Galatasaray”ın çempion olmasıdır.
Qalib olmasını istəmədiyim komanda isə “Real Madrid”dir. Çünki ardıcıl 3 mövsüm çempionluq bəsdir.  


Sənubər Nərimanqızı:
1) Çempionlar Liqası olduqca maraqlı və vacib turnirdir. Bir “Real Madrid” azarkeşi olaraq bu yarışda da Kral klubunu dəstəkləyəcəyəm.

2) Bu komandanı çox sevirəm. Rəğbətdən daha çoxdur istəyim :)) Dediyim kimi, Kral klubunun azarkeşiyəm. Hətta indidən matçları izləmək üçün məkan seçirəm.

3) Güclü rəqiblər çoxdur. Amma “Real Madrid” Çempionlar Liqasının 13 qat qalibi, həmçinin ardıcıl 3 dəfə kuboku başı üzərinə qaldıran klub kimi tarix yazıb. Düşünürəm, bu mövsüm də zirvədəki yerimizi möhkəmləndirərik.


Ürfan Məmmədli:
1) Təbii ki, “Galatasaray”.

2) Fanatlıq səviyyəsində.

3) “Juventus” və ya “Paris SG” ola bilər.


Fərid Axundov:
1) “Galatasaray”.

2) 2000-ci ildən bu komandanın azarkeşiyəm, həyatımın bir parçasından söhbət edirik.

3) Çətin sualdır. "Manchester City" iddialı görünür. Guardiola gücünü göstərmək üçün onlara əlçatmaz olanı vermək istəyir. "Barcelona" artıq ÇL-də çempionluğu La Liqadan daha çox istəyir. Ronaldonun gəlişindən sonra "Juventus" da çox iştahlıdır. Belə bir vəziyyətdə təxmin etmək mümkünsüzdür. 6-cı hissimlə cavab verə bilərəm: “Paris SG”.