“Galatasaray”da kimlərin Çempionlar Liqası təcrübəsi var?

Futbol 18.09.2018 17:37
“Galatasaray”da kimlərin Çempionlar Liqası təcrübəsi var?
3554 Dəfə oxunub
Çoxları Bafétimbi Gomisin Səudiyyə Ərəbistanının “Əl Hilal” klubuna keçidindən sonra hücumçu almayan “Galatasaray”ın Çempionlar Liqasında çətinliklərlə üzləşəcəyini düşünür.
Amma maraqlıdır ki, “sarı-qırmızılar” bu mövsüm Türkiyə çempionatında ilk 5 turdan sonra 14 dəfə fərqləniblər ki, bu da orta hesabla hər oyunda 2,8 qol deməkdir.

Çempionlar Liqası D qrupunda “Porto”, “Lokomotiv Moskva” və “Schalke” komandaları ilə qarşılaşacaq “Galatasaray”ın ilk sınağı bu gün “Türk Telekom Arena”da Rusiya “dəmiryolçuları”na qarşı olacaq.

Bəs “Galatasaray”ın heyətində kimlərin Çempionlar Liqası təcrübəsi var?
Əvvəllər “Porto” və “Manchester City”də oynamış braziliyalı yarımmüdafiəçi Fernando  ÇL-də indiyədək 53 oyun keçirib. O, ümumiyyətlə, avrokuboklarda 77 dəfə forma geyinib (1 qol).
Baş məşqçi Fatih Terim 42-ci dəfə ÇL-də komandasını meydana çıxaracaq.
Fernando Muslera və Selçuk İnanın hesabındasa hərəyə 27 oyun var.

“Galatasaray”ın hazırkı heyətində Çempionlar Liqasında ən çox qol vuran futbolçu əlcəzairli yarımmüdafiəçi Sofiane Feghoulidir – 5 qol. O, ümumiyyətlə, avrokuboklarda 11 dəfə fərqlənib.
Eren Derdiyok isə ÇL-də 3 qol vurub.


"Galatasaray"ın futbolçularının ÇL-dəki göstəriciləri

                                 Oyun  Qol
Qapıçılar        
1 Fernando Muslera    27    -
13 İsmail Çipe             -    -

Müdafiəçilər
3 Maicon                           22    1
2 Mariano Ferreira           12    -
55 Yuto Nagatomo           10    -
4 Serdar Aziz                     2    -
5 Ahmet Çalık                     -    -
14 Martin Linnes             -    -
19 Ömer Bayram             -    -

Yarımmüdafiəçilər        
25 Fernando                   53    -
8 Selçuk İnan                   27    2
89 Sofiane Feghouli       20    5
10 Younes Belhanda    8    2
15 Ryan Donk                    -    -
17 Badou Ndiaye            -    -
20 Emre Akbaba            -    -

Hücumçular        
7 Garry Rodrigues            -    -
9 Eren Derdiyok          17    3
21 Henry Onyekuru            6    -
11 Sinan Gümüş            3    -
88 Muğdat Çelik            -    -

Baş məşqçi
Fatih Terim                  41    -