Azərbaycan və daha 10 ölkənin 1 klubu mübarizəni davam etdirir

Futbol 19.09.2018 16:23
Azərbaycan və daha 10 ölkənin 1 klubu mübarizəni davam etdirir
2261 Dəfə oxunub
Çempionlar Liqasından sonra sabah Avropa Liqasının qrup mərhələsində də mübarizə start götürəcək.

Xatırladaq ki, seçmə mərhələlərdən sonra Avropanın iki klub turnirində ümumilikdə 29 ölkənin təmsilçiləri yoluna davam edir.

3 ölkənin heç bir komandası mübarizəni dayandırmayıb. Onlardan İspaniya və Almaniyanın 7, Fransanın isə 6 klubu yoluna davam edir.

11 ölkənin avrokuboklarda cəmi 1 komandası qalıb ki, onlardan biri də Azərbaycandır. Ölkəmizi beynəlxalq arenada, məlum olduğu kimi, “Qarabağ” təmsil edir.

UEFA üzvü olan 26 ölkənin isə bu mövsüm avrokuboklarda artıq heç bir təmsilçisi qalmayıb.

Bu mövsüm hələlik ən çox xal qazanan ölkə Serbiyadır – 5,500. Bizim klublar isə ölkəmizin hesabına cəmi 1,875 xal yazdıra biliblər.

Ölkələr bu mövsüm Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində neçə klubla təmsil olunurlar? Aşğıdakı siyahıda bu suala cavab tapmaq mümkündür.

7 klub
İspaniya
Almaniya

6 klub
İngiltərə
İtaliya
Fransa

5 klub
Rusiya

4 klub
Belçika
Türkiyə

3 klub
Portuqaliya
Ukrayna
Yunanıstan
Çexiya

2 klub
Niderland
Avstriya
İsveçrə
Kipr
Şotlandiya
Norveç

1 klub
AZƏRBAYCAN
Danimarka
Xorvatiya
Serbiya
Belarus
İsveç
Qazaxıstan
Bolqarıstan
Slovakiya
Macarıstan
Lüksemburq

Klubu qalmayanlar
Polşa
İsrail
Rumıniya
Sloveniya
Lixtenşteyn
Makedoniya
Moldova
Albaniya
İrlandiya
Finlandiya
İslandiya
Bosniya və Herseqovina
Litva
Latviya
Ermənistan
Malta
Estoniya
Gürcüstan
Uels
Monteneqro
Farer adaları
Cəbəllütariq
Şimali İrlandiya
Kosovo
Andorra
San Marino