Bilirsinizmi?

Futbol 20.09.2018 17:04
Bilirsinizmi?
903 Dəfə oxunub
“Qarabağ”ın bolqar yarımmüdafiəçisi Simeon Slavchev 2014-2018-ci illərdə “Sporting”in üzvü olub.
Amma o, Lissabon klubunun əsas heyətində forma geyinməyib, vaxtının çoxunu icarələrdə keçirib.
Slavchev yalnız “Sporting”in B komandasında 3 matç oynayıb.

***

“Qarabağ”ın polşalı müdafiəçisi Jakub Rzeźniczak isə əvvəlki klubu “Legia”nın heyətində Avropa Liqası-2011/12-nin 1/16 finalında və Çempionlar Liqası-2016/17-nin qrup mərhələsində “Sporting”ə qarşı ümumilikdə 4 oyun keçirib.

***

“Sporting”in niderlandlı hücumçusu Luc Castaignos isə “Twente”nin heyətində Avropa Liqası-2014/15-in pley-offunda “Qarabağ”a qarşı oynayıb.
O, Ensxededəki matçda fərqlənsə (1:1) də, Azərbaycan təmsilçisi rəqib meydanında vurduğu qol sayəsində ilk dəfə qrup mərhələsinə çıxmışdı.