“Real” Avropanın ən sabit komandasıdır

Futbol 08.10.2018 15:20
“Real” Avropanın ən sabit komandasıdır
732 Dəfə oxunub
“Real Madrid” heyətinə görə Avropanın ən sabit komandasıdır.
Belə ki, bu mövsümdəki futbolçuları orta hesabla 5,84 ildir ki, Kral klubunun şərəfini qoruyurlar.

“Barcelona”da bu göstərici 5,36 il, “Bayern Mühen”də isə 5,26 ildir.

“Böyük beşlik”dən kənarda ən sabit komanda Çexiya təmsilçisi “Viktoria Plzen”dir – 4,28 il.

Türkiyənin ən sabit komandası isə “Başakşehir”dir: futbolçuları orta hesabla 3,14 ildir heyətdədir.