Kloppun gəlişindən sonra “Liverpool”da ən çox qol vuran kimdir?

Futbol 09.10.2018 11:58
Kloppun gəlişindən sonra “Liverpool”da ən çox qol vuran kimdir?
155 Dəfə oxunub
Jürgen Kloppun 2015-ci ildə baş məşqçi vəzifəsinə gəlişindən sonra Roberto Firmino “Liverpool”un heyətində Premyer Liqada hamıdan çox fərqlənib – 39 dəfə.
Mohamed Salahın hesabındasa son üç ildə 35 qol var.

***

2011/12 mövsümündən sonra ilk dəfə Premyer Liqada 3 komanda 8 turdan sonra məğlubiyyət acısı dadmayıb - “Chelsea”, “Liverpool” və “Manchester City”.

***

“Liverpool”la oyunun 86-cı dəqiqəsində penaltidən yararlana bilməyən “Manchester City”nin yarımmüdafiəçisi Riyad Mahrezin, ümumiyyətlə, onbirmetrlikdən fərqlənmək göstəricisi 58 %-ə bərabərdir (12 zərbədən 7 qol).
Premyer Liqada ən azı 10 penalti yerinə yetirmiş futbolçulardan yalnız “Aston Villa”da oynamış kolumbiyalı hücumçu Juan Pablo Angel daha zəif göstəriciyə malikdir – 50 % (10-dan 5).

***

“Sevilla” hazırda “Böyük beşlik” çempionatlarında liderlik edən komandalar arasında topa sahibolmada ən aşağı göstəriciyə malikdir - orta hesabla 49,11 %.
Xatırladaq ki, Əndəlüs təmsilçisi 5 dəfə UEFA kuboku/Avropa Liqasının qalibi olsa da, yalnız 1946-cı ildə İspaniya çempionluğunu qazanıb.

***

Bu mövsüm “Borussia Dortmund” cərimə meydançasının kənarından 6, “Milan” isə 5 qol vurub.