“Mbappeni Ronaldoya oxşadıram”

Futbol 10.10.2018 11:07
“Mbappeni Ronaldoya oxşadıram”
390 Dəfə oxunub
“Atletico Madrid”in hücumçusu Antoine Griezmann Fransa millisindəki oyundaşı, “Paris SG”nin 19 yaşlı forvardı Kylian Mbappé ilə bağlı fikirlərini bildirib:

“Kylian mənə “Manchester United”dəki Cristianonu xatırladır. O zaman Ronaldo cinahda oynayır, çox driblinq edir və vaxtaşırı qol da vururdu. Hərçənd onda o, qollarını artırmağı hədəfləmirdi.
Kylian da Ronaldonun “Real”da etdiyinə, yəni məhsuldarlığını artırmağa çalışırsa, bu da onda yaxşı alınır. O, mövsümdə 50 qol vura bilər”.