İtaliya bu dəfə də qalib gəlməsə...

Futbol 10.10.2018 11:56
İtaliya bu dəfə də qalib gəlməsə...
778 Dəfə oxunub
İtaliya millisi bu gün Genuyada yoldaşlıq görüşündə Ukrayna futbolçuları ilə qüvvəsini sınayacaq.

Maraqlıdır ki, “Squadra Azzurra” evdə son 4 oyununda qələbə qazana bilməyib: DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 2017-ci ilin oktyabrında Turində Makedoniya (1:1), noyabrda Milanda İsveç (0:0), 2018-ci ilin iyununda Turində yoldaşlıq görüşündə Hollandiya (1:1) və sentyabrda Bolonyada UEFA Millətlər Liqası çərçivəsində Polşa (1:1) ilə heç-heçə edib.

İtaliya millisinin bu göstəricidə anti-rekordu 1923-1925-ci illərdə qeydə alınıb: onda italyanlar ardıcıl 5 ev oyununda qalib gələ bilməmişdilər.