Azərbaycan – Malta: əvvəlki görüşləri

Futbol 13.10.2018 14:48
Azərbaycan – Malta: əvvəlki görüşləri
1074 Dəfə oxunub
Sabah UEFA Millətlər Liqası çərçivəsində Malta komandası ilə qarşılaşacaq Azərbaycan millisi bundan əvvəl adıçəkilən rəqiblə 7 oyun keçirib.

Maltada keçirilən ilk üç görüşdə meydan sahibləri qalib gəliblər: 1994-cü ilin aprelində yoldaşlıq görüşündə 5:0, 2000-ci ilin fevralında beynəlxalq turnirdə 3:0 və 2002-ci ilin aprelində yenə yoxlama oyununda 1:0.

2013-cü ilin avqustunda Bakıda yoldaşlıq görüşündə isə Azərbaycan komandası maltalıları məğlubiyyətə uğradıb – 3:0.

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində 2015-ci ilin martında Bakıda bu rəqibə 2:0 hesabı ilə qalib gələn millimiz həmin ilin sentyabrında səfərdə bir xal qazanıb - 2:2.

UEFA Millətlər Liqası D liqası 3-cü qrupu çərçivəsində bu ilin sentyabrında keçirilən Malta – Azərbaycan görüşü də heç-heçə başa çatıb – 1:1.

Xatırladaq ki, oktyabrın 14-də saat 20:00-da start götürəcək AZƏRBAYCAN – Malta qarşılaşması “CBC Sport”la canlı yayımlanacaq.