Rəqibimiz

Futbol 14.10.2018 14:05
Rəqibimiz
585 Dəfə oxunub
MALTA MİLLİ KOMANDASI

İlk oyunu
MALTA – Avstriya 2:3 (24.02.1957, Malta)
Ən böyük qələbəsi
MALTA – Lixtenşteyn 7:1 (26.03.2008, Malta)
Ən böyük məğlubiyyəti
İspaniya – MALTA 12:1 (21.12.1983, İspaniya)

Dünya çempionatlarında
Final turnirində: iştirak etməyib
Seçmə mərhələdə (DÇ-1974-dən): 12 iştirak, 102 oyun, 2 qələbə, 10 heç-heçə, 90 məğlubiyyət, toplar 33-300.
DÇ-1994-ün seçmə mərhələsində səfərdə Estoniyaya (1:0) və DÇ-2014-ün seçmə mərhələsində səfərdə Ermənistana (1:0) qalib gəlib.

Avropa çempionatlarında
Final turnirində: iştirak etməyib
Seçmə mərhələdə (AK-1964 və Avro-1972-dən): 13 iştirak, 102 oyun, 3 qələbə, 14 heç-heçə, 85 məğlubiyyət, toplar 49-288.
Avro-1976-nın seçmə mərhələsində Yunanıstan (2:0), Avro-1984-ün seçmə mərhələsində İslandiya (2:1) və Avro-2008-in seçmə mərhələsində Macarıstana (2:1) qalib gəlib.

FIFA reytinqində
Hazırkı mövqeyi: 183-cü yer (sentyabr 2018)


Baş məşqçisi: RAY FARRUGIA
62 yaşı var.
Futbolçu kimi 1974-1994-cü illərdə Malta və Avstraliya klublarında çıxış edib, hücumçu olub.
1977-1983-cü illər ərzində Malta millisində 4 oyun keçirib.
Məşqçi kimi Malta klublarını, iki müxtəlif dövrdə U-21 yığmasını çalışdırıb.
2018-ci il mayın 2-dən Maltanın əsas millisinin baş məşqçisidir.