Dünyanın ən yaxşı məşqçisi...

Futbol 15.10.2018 12:08
Dünyanın ən yaxşı məşqçisi...
418 Dəfə oxunub
2018-ci ildə FIFA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilən Bask əsilli fransalı Didier Deschamps (Didye Deşam) bu gün 50 yaşını qeyd edir.

O, futbolçu kimi dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib, “Marsel”lə 1993-cü ildə, “Juventus”la 1996-cı ildə Çempionlar Liqasının qalibi olub.

Sonra Fransa millisinin kapitanı kimi 1998-ci ildə dünya, 2000-ci ildəsə Avropa çempionluğunu qazanıb.

1996-cı ildə Fransanın ən yaxşı futbolçusu seçilib.

Daha sonra karyerasını məşqçi kimi davam etdirən Deşamın rəhbərliyilə “Monaco” 2004-cü ildə Çempionlar Liqasının finalına çıxıb, “Juventus” 2007-ci ildə B seriyasının qalibi olub, “Marsel” 2010-cu ildə Fransa çempionluğunu qazanıb.

2012-ci ilin iyulundan çalışdırdığı Fransa millisi isə 2016-cı ildə Avropa çempionatının finalçısı və 2018-ci ildə dünya çempionu olub.