UEFA Millətlər Liqası: “Qarabağ”lı 2 qol buraxdı, komandası A liqasını tərk etdi

Futbol 16.10.2018 12:53
UEFA Millətlər Liqası: “Qarabağ”lı 2 qol buraxdı, komandası A liqasını tərk etdi
1190 Dəfə oxunub
UEFA Millətlər Liqasında keçirdiyi üçüncü oyunda da məğlub olan və 2-ci qrupda sonuncu - 3-cü yeri təmin edən İslandiya millisinin də, Polşa kimi, A liqasını tərk edəcəyi dəqiqləşib.
Maraqlıdır ki, “Qarabağ”ın qapıçısı Hannes Halldorssonun da şərəfini qoruduğu İslandiya komandası artıq 11 oyundur qələbəyə həsrətdirlər.

İngiltərəyə 2:3 hesabı ilə məğlub olan İspaniya komandası isə son 15 ildə ilk dəfə öz meydanında rəsmi oyunda məğlub olub. Ümumiyyətlə, ispanlar ilk dəfə evdə rəsmi qarşılaşmada qapılarından 3 top buraxıblar.
Bu oyunda bir qola imza atan Paco Alcacer isə həm millinin, həm də “Borussia Dortmund“un heyətində son 6 oyunda 10 dəfə fərqlənib.
İlk dəfə İngiltərə komandasının heyətində dubl edən Raheem Sterling isə üç illik fasilədən sonra millidə qol vurub.


Dünən keçirilmiş oyunların nəticələri:
A liqası
İslandiya – İsveçrə 1:2
İspaniya – İngiltərə 2:3
B liqası
Bosniya və Herseqovina – Şimali İrlandiya 2:0
C liqası
Estoniya – Macarıstan 3:3
Finlandiya – Yunanıstan 2:0
D liqası
Belarus – Moldova 0:0
Lüksemburq - San Marino 3:0

Bu gün keçiriləcək oyunlar:
D liqası
18:00    Qazaxıstan – Andorra
20:00    Ermənistan – Makedoniya
A liqası
22:45    Fransa – Almaniya
Bu oyun “CBC Sport”la canlı yayımlanacaq.
B liqası
22:45    İrlandiya – Uels
22:45    Ukrayna – Çexiya
C liqası
22:45    Norveç – Bolqarıstan
22:45    Sloveniya – Kipr
D liqası
22:45    Cəbəlütariq – Lixtenşteyn
22:45    Latviya – Gürcüstan



Kimin neçə xalı var?
A liqası
1-ci qrup
Fransa – 4 xal (2 oyun), Niderland – 3 (2), Almaniya – 1 (2).
2-ci qrup
Belçika – 6 xal (2 oyun), İsveçrə - 6 (3), İslandiya – 0 (3).
3-cü qrup
Portuqaliya – 6 xal (2 oyun), İtaliya – 4 (3), Polşa – 1 (3).
4-cü qrup
İspaniya – 6 xal (3 oyun), İngiltərə - 4 (3), Xorvatiya – 1 (2).

B liqası
1-ci qrup
Ukrayna – 6 xal (2 oyun), Çexiya – 3 (2), Slovakiya – 0 (2).
2-ci qrup
Rusiya – 7 xal (3 oyun), Türkiyə - 3 (3), İsveç – 1 (2).
3-cü qrup
Bosniya və Herseqovina – 9 xal (3 oyun), Avstriya – 3 (2), Şimali İrlandiya 0 (3).
4-cü qrup
Danimarka – 4 xal (2 oyun), Uels – 3 (2), İrlandiya – 1 (2).

C liqası
1-ci qrup
İsrail – 6 xal (3), Şotlandiya – 3 (2), Albaniya – 3 (3).
2-ci qrup
Finlandiya – 12 xal (4 oyun), Yunanıstan – 6 (4), Macarıstan – 4 (4), Estoniya – 1 (4).
3-cü qrup
Bolqarıstan – 9 xal (3 oyun), Norveç – 6 (3), Kipr – 3 (3), Sloveniya – 0 (3).
4-cü qrup
Serbiya – 8 xal (4 oyun), Monteneqro – 7 (4), Rumıniya – 6 (4), Litva – 0 (4).

D liqası
1-ci qrup
Gürcüstan – 9 xal (3 oyun), Qazaxıstan – 2 (3), Latviya – 2 (3), Andorra – 2 (3).
2-ci qrup
Lüksemburq – 9 xal (4 oyun), Belarus – 8 (4), Moldova – 5 (4), San Marino – 0 (4).
3-cü qrup
Kosovo – 8 xal (4 oyun), AZƏRBAYCAN – 6 (4), Farer adaları – 4 (4), Malta – 2 (4).
4-cü qrup
Makedoniya – 9 xal (3 oyun), Lixtenşteyn – 3 (3), Ermənistan – 3 (3), Cəbəlütariq – 3 (3).