Dzeko İngiltərəyə qayıda bilər

Futbol 16.10.2018 14:56
Dzeko İngiltərəyə qayıda bilər
711 Dəfə oxunub
“Roma” və Bosniya və Herseqovina millisinin heyətində son 4 oyunda 6 qol vuran Edin Dzeko yenidən Premyer Liqaya qayıda bilər.

“Daily Mirror”un məlumatına görə, “Crystal Palace”, “Cardiff City” və “Southampton” 32 yaşlı forvardla maraqlanır.

Xatırladaq ki, Dzeko 2011-2016-cı illərdə İngiltərədə “Manchester City”nin formasını geyinib.

Onun “Roma” ilə müqaviləsi isə 2020-ci ilin iyununa kimidir.