Niderland və Belçika çempionatları birləşə bilər

Futbol 20.10.2018 14:28
Niderland və Belçika çempionatları birləşə bilər
1765 Dəfə oxunub
iNews.co.uk saytının xəbərinə görə, Niderland və Belçika çempionatları birləşə bilər. İki qonşu ölkənin futbol rəhbərləri ümumi liqanın yaradılması ideyasını müzakirə edirlər.

Məlumata əsasən, bu mövzuda Niderland klubları ortaq razılığa gəlsələr, artıq 2019-cu ildə Belçika klubları ilə rəsmi danışıqlar başlaya bilər.

İlkin olaraq birləşmiş liqada Niderland və Belçikanın hərəyə 9 klubunun yer alacağı planlaşdırılır. 2-ci divizionda isə Lüksemburq təmsilçilərinin də yarışacağı istisna edilmir.

UEFA-dan isə məsələ ilə bağlı belə münasibət bildiriblər: "Daxili çempionatlar Avropada futbolun əsasıdır. İstənilən ideya yalnız UEFA-nın iştirakı ilə müzakirə oluna bilər”.

Niderland və Belçikadan başqa, İsveç, Danimarka, Norveç və Şotlandiya kimi ölkələr də belə birləşmiş liqaların yaradılmasında maraqlıdırlar.