Avropa Liqasının finalı Tbilisidə keçirilə bilər

Futbol 01.11.2018 15:31
Avropa Liqasının finalı Tbilisidə keçirilə bilər
1302 Dəfə oxunub
2021-ci ildə UEFA Avropa Liqasının finalı Tbilisidəki Boris Payçadze adına stadionda keçirilə bilər. Gürcülər bunun üçün Avstriyanın Vyana və İspaniyanın Sevilya şəhərləri ilə mübarizədən qalib ayrılmalıdırlar.

2021-ci ildə Çempionlar Liqasının finalı isə Sankt-Peterburq və ya Münhendə olacaq.

UEFA Superkuboku oyununu keçirməyə namizədlər Minsk (Belarus), Helsinki (Finlandiya), Belfast (Şimali İrlandiya) və Xarkov (Ukrayna) şəhərləridir.

UEFA bununla bağlı qərarını 2019-cu ilin may və ya iyununda verəcək.

Xatırladaq ki, 2019-cu ildə Çempionlar Liqasının final oyunu Madriddəki “Wanda Metropolitano”da, 2020-ci ildəsə İstanbuldakı Atatürk Olimpiya stadionunda keçiriləcək.

Avropa Liqasına gəlincə, 2019-cu ildə final Bakıda Olimpiya stadionunda, 2020-ci ildəsə Polşanın Qdansk şəhərində olacaq.