Hərbi xidmətdən yayınmaq istədi, milli komandadan uzaqlaşdırıldı

Futbol 02.11.2018 11:45
Hərbi xidmətdən yayınmaq istədi, milli komandadan uzaqlaşdırıldı
1181 Dəfə oxunub
Cənubi Koreya millisinin müdafiəçisi Jang Hyun-soo hərbi xidmətdən yayınmaq cəhdlərinə görə ciddi cəzalandırılıb.

27 yaşlı futbolçu orduda xidmətlə bağlı bəzi sənədləri saxlalaşdırmağa çalışdığı üçün milli komandadan ömürlük uzaqlaşdırılaraq həmçinin 30 milyon von (26819 dollar) məbləğində cərimələnib.

Cənubi Koreya millisinin heyətində 2018-ci ilin dünya çempionatında çıxış edən Jang Hyun-soo  Meksika ilə matçda uğursuz oyunu ilə yadda qalıb.

O, 2017-ci ildən Yaponiyanın “Tokio” klubunun formasını geyinib.