Türkiyəli futbolçu "Barcelona"nın hədəfində

Futbol 05.11.2018 13:44
Türkiyəli futbolçu "Barcelona"nın hədəfində
1871 Dəfə oxunub
“Sky Sport Italia”nın məlumatına görə, “Barcelona” “Roma”nın türkiyəli cinah oyunçusu Cengiz Ünderlə maraqlanır.

İspaniya çempionunun idman direktoru Ariedo Braida “Roma”nın A seriyası çərçivəsində “Fiorentina” ilə ötən matçında 21 yaşlı futbolçunu izləyib.

Qeyd edək ki, Türkiyə millisinin də formasını geyinən Cengiz  həmçinin “Arsenal”, “Bayern Münhen” və “Borussia Dortmund” kimi klubların da maraq dairəsindədir.

Bundan əvvəl türk futbolçulardan Rüştü Reçber (2003/04) və Arda Turanın (2015-2017) “Barcelona”nın formasını geyindiyini də xatırladaq.