“Qarabağ” Ukraynadadır

Futbol 07.11.2018 01:53
“Qarabağ” Ukraynadadır
278 Dəfə oxunub
Noyabrın 8-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Vorskla” komandası ilə qarşılaşacaq “Qarabağ” artıq Ukraynadadır.

Bakıdan birbaşa reyslə Poltava şəhərinə gələn Azərbaycan çempionunu, axşam saatları olmasına baxmayaraq, hava limanında 20-yə yaxın azərbaycanlı azarkeş qarşılayıb. Oyunda isə 1000-ə yaxın azarkeşin "Qarabağ"ı dəstəkləyəcəyi gözlənilir.

Futbolçular və məşqçi heyəti “Qarabağ, Qarabağ” şüarlarının sədaları altında qalacaqları otelə yollanıblar. Qələbəyə köklənən oyunçular Ukraynadan 3 xalla dönəcəklərinə inandıqlarını ifadə ediblər.

Hazırda Poltavada havanın temperaturu +1 dərəcədir. Oyun saatlarında da havanın belə olacağı proqnozlaşdırılır.

Noyabrın 7-də axşam saatlarında “Qarabağ”ın mətbuat konfransı və Poltava stadionunda məşqi planlaşdırılır.

Xatırladaq ki, noyabrın 8-də yerli vaxtla 22:00-da (Bakı vaxtilə 00:00) başlayacaq “Vorskla” – “Qarabağ” qarşılaşması “CBC Sport”la canlı yayımlanacaq. Oyunu tanınmış şərhçi Gündüz Abbaszadə birbaşa Poltavadan şərh edəcək.