Həm “Qarabağ”, həm də “Vorskla”da oynamış futbolçular

Futbol 07.11.2018 16:32
Həm “Qarabağ”, həm də “Vorskla”da oynamış futbolçular
515 Dəfə oxunub
Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukraynada “Vorskla” ilə qarşılaşacaq “Qarabağ” bu rəqiblə 1991-ci il SSRİ çempionatının 2-ci liqasında üz-üzə gəlib. Ağdam təmsilçisi o vaxt səfərdə 0:1 hesabı ilə məğlub olsa da, “Vorskla”nın Azərbaycana gəlmədiyi üçün ikinci dövrədəki oyun üçün hesabına texniki qələbə (3:0) yazdırıb.

Maraqlıdır ki, vaxtilə “Qarabağ”ın formasını geyinmiş futbolçulardan Elman Sultanov (2004), həmçinin ukraynalılar Aleksandr Voskoboynik (2005), Denis Sokolovski (2005-2006), Sergey Kravçenko (2005) və Artyom Şubin (2005) müxtəlif vaxtlarda “Vorskla” klubunun da şərəfini qoruyublar.

Sabahkı oyuna gəlincə, “Qarabağ”da yalnız albaniyalı müdafiəçi Ansi Aqollinin zədəli olduğu, digər futbolçularında oyuna hazır olduqları bildirilir.