Qurban Qurbanovun Poltavada mətbuat konfransı

Futbol 07.11.2018 20:21
Qurban Qurbanovun Poltavada mətbuat konfransı
534 Dəfə oxunub
Sabah Avropa Liqası çərçivəsində "Vorskla" ilə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Qara Qarayev oyun ərəfəsində jurnalistlərin suallarını cavablandırıblar.

Q. Qurbanov: "Çətin və vacib oyun olacaq. Yaxşı nəticə qazanmaq istəyirik. Özü də yaxşı oyunla buna nail olaq. Bizə çətin olacaq. "Vorskla" aktiv və aqresiv oynayır. Oyuna tam hazır olmalıyıq və hazırlaşmışıq da. İnanıram ki, futbolçular ən yaxşı oyunlarını göstərə biləcəklər. Oyunun gedişatında çox dəyişikliklər ola bilər, buna hazır olmalıyıq.
Zədə səbəbindən Ansi Aqolli heyətdə olmayacaq. Maksim və Donald zədəsini sağalıb, oynamaq ehtimalları var.
4-cü oyunumuzdur, xalımız yoxdur. Rəqib kim olursa-olsun ancaq qələbə üçün meydana çıxacaydıq. Bu oyuna revanş kimi yanaşmazdım, sadəcə bizim üçün vacib oyundur. "Vorskla" qalib gələcəyi halda 6 xalı olacaq.
Münasib rəqib? Belə rəqibləri özümüzdən aşağı saymamalıyıq. Ukrayna çempionatı bizim çempionatdan üstündür. Amma biz də son illər çox təcrübə toplamışıq. Güclü komandalarla oynamışıq, yaxşı nəticələr əldə etmişik.
Baxmayaraq, Bakıda uduzduq, amma oyun baxımından rəqibdən geri qalmırdıq. Dediyim kimi, biz bura yaxşı oyun və nəticə üçün gəlmişik. Onların üstün cəhətləri var və bundan yararlanmağa çalışırlar. Çalışacayıq hamınızı sevindirək.
Həqiqətən "Arsenal"la oyunda fərqli idik. "Vorskla" isə daha yaxşı müdafiə olunurdu. Fərqli komandalardır, fərqli sistemdə oynayırlar. "Arsenal" bizimlə daha açıq oyun oynayırdı. Son vaxtlar bizim üzərimizdə təzyiq çoxdur. Bu səbəbdən futbolçularda psixoloji yorğunçuluq olur".


Q. Qarayev: "Rəqib haqında ancaq xoş sözlər demək olar. Biz də əlimizdən gələni etməyə çalışacayıq. Nəticə qazanmaq bizdən çox güc tələb edəcək. Baş məşqçinin tələblərini tam yerinə yetirsək, istədiyimiz nəticəyə nail ola bilərik".