1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət

Futbol 08.11.2018 11:04
1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət
635 Dəfə oxunub
1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət – bu, “Qarabağ”ın avrokubokların qrup mərhələsinin 4-cü turunda göstərdiyi ümumi nəticələrdir.

Komandamız 2016-cı ildə PAOK-a 1:0 hesabı ilə qalib gəlib, 2015-ci ildə “Monako” (1:1), 2017-ci ildə Madrid “Atletiko”su (1:1) ilə oyunlarda heç-heçə, 2014-cü ildə “Dnepr”lə qarşılaşmada məğlubiyyət (1:2) qeydə alınıb.

Bu gün isə “Qarabağ” Avropa Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində Ukraynada “Vorskla” komandası ilə qarşılaşacaq. Poltavada keçiriləcək və Bakı vaxtilə 00:00-da başlayacaq oyun tanınmış şərhçi Gündüz Abbaszadənin təqdimatında “CBC Sport”la canlı yayımlanacaq.