“Vorskla”nın oyunçusu “Qarabağ”dan danışdı

Futbol 08.11.2018 17:27
“Vorskla”nın oyunçusu “Qarabağ”dan danışdı
986 Dəfə oxunub
Bakıda “Vorskla”nın qələbə qoluna imza atan (1:0) hücumçu Vladislav Kulaç Avropa Liqası çərçivəsində “Qarabağ”la bu günkü oyun ərəfəsində Ukraynanın “Futbol” nəşrinə müsahibə verib.

- “Qarabağ”la oyundakı qələbədən sonra sizdə “Sportinq”lə qrupda 2-ci yer uğrunda mübarizə aparmaq istəyi yarandımı, yoxsa bu mümkün deyil?
- Hər şey ola bilər, hər şey öz əlimizdədir. Əlbəttə, evdə “Sportinq”lə oyundakı acı məğlubiyyət olmasaydı, qalib gəlsəydik... İkinci yeri tutmaq asan olmayacaq, amma şansımız var, hərçənd ola bilər ki, kimlərsə bizə inanmır.

- Avropa liqasında qazandığınız xallara görə mükafat nəzərdə tutulubmu?
- Əlbəttə! Bu bizim üçün əlavə motivasiyadır. Bilirsiniz ki, klub UEFA-dan bonuslar alır, rəhbərlik sağ olsun ki, bu məbləğin bir hissəsi futbolçulara verilir. “Qarabağ”la oyuna görə mükafatımızı almışıq.

- Londona “Arsenal”la oyun getməzdən qabaq “Vorskla”nın oyunçularına 5 ayın qalmış maaşı ödənilib. Düzdür, bir o qədər də ödənilməlidir. Futbol federasiyasına ultimatum məktubu yazmaq kimin təşəbbüsü idi: əgər rəhbərlik futbolçuların məvacibini ödəməsə, komanda oyunu boykot edəcək?
- Əslində məsələ KİV-də deyildiyi kimi deyil. Heç bir ultimatumdan söhbət gedə bilməz. Ümumiyyətlə, bu mövzudan bir daha danışmaq istəmirəm.

- “Sportinq” və “Qarabağ” arasında səviyyə fərqi çoxdurmu?
- Xeyr. “Qarabağ” bacarıqlı məşqçisi olan güclü komandadır. Yalnız sahmanlı müdafiə sayəsində “qarabağ”a qalib gəlmək mümkün oldu.

- Bəs “Sportinq”ə, yoxsa “Qarabağ”a vurduğun qol gözəl idi?
- “Sportinq”ə vurduğum gözəl idi, “Qarabağ”la oyundakı isə vacib. Bu qol “Vorskla”ya 3 xal qazandırdı.