“River Plate” - “Boca Juniors” matçı Əbu-Dabidə?

Futbol 27.11.2018 11:33
“River Plate” - “Boca Juniors” matçı Əbu-Dabidə?
797 Dəfə oxunub
Argentinanın iki barışmaz klubu - “Boca Juniors” və “River Plate” arasında Libertadores kuboku uğrunda ikinci final qarşılaşmasının (ilk oyun – 2:2) Əbu-Dabi şəhərində keçiriləcəyi istisna olunmur.

Belə ki, 12-22 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində klubların dünya çempionatı olacaq və Libertadores kubokunun qalibi də orada qalıb mübarizəni həmin yarışda davam etdirə bilər (dekabrın 18-də yarımfinalda).

İtaliyanın Genuya şəhəri də “River Plate” - “Boca Juniors” qarşılaşmasını keçirmək üçün təklif irəli sürüb.

Bundan başqa, finalın Mayami (ABŞ) və ya Dubayda (BƏƏ) keçirilə biləcəyilə bağlı ehtimallar da var.

Xatırladaq ki, Libertadores kuboku uğrunda noyabrın 24-də keçirilməli olan ikinci final oyunu “River Plate”in azarkeşlərinin “Boca Juniors”un avtobusuna hücumu və oyunçulardan bəzisinin yaralanması səbəbindən iki dəfə təxirə salınıb.