“Vorskla” - “Arsenal” matçı Poltavada deyil, Kiyevdə olacaq

Futbol 28.11.2018 11:43
“Vorskla” - “Arsenal” matçı Poltavada deyil, Kiyevdə olacaq
315 Dəfə oxunub
Avropa Liqasında bizim “Qarabağ”la eyni qrupda yer alan “Vorskla” və “Arsenal” komandalarının qarşılaşması planlaşdırıldığı kimi, Poltavada keçirilməyəcək.

UEFA-nın qərarına əsasən, təhlükəsizlik səbəbindən sözügedən oyun noyabrın 29-da Kiyevdəki Olimpiya stadionunda olacaq.

Qeyd edək ki, Ukraynada 30 günlük hərbi vəziyyət tətbiq olunub.