1/16 finalın 16 iştirakçısı bəllidir

Futbol 30.11.2018 14:11
1/16 finalın 16 iştirakçısı bəllidir
1050 Dəfə oxunub
Final oyunu Bakıda keçiriləcək Avropa Liqası qrup mərhələsinin başa çatmasına bir tur qalmış yarışın 1/16 finalının 16 iştirakçısı müəyyənləşib.

Xatırladaq ki, daha əvvəl “Bayer Leverkusen” (Almaniya), “Zürich” (İsveçrə), “Dinamo Zagreb” (Xorvatiya), “Arsenal” (İngiltərə), “Chelsea” (İngiltərə), “Eintracht Frankfurt” (Almaniya) və “Lazio” (İtaliya) pley-offa vəsiqə qazanıb.

Dünənki oyunlardan sonra “Zenit” (Rusiya), “Betis” (İspaniya), “Fenerbahçe” (Türkiyə), “Sporting” (Portuqaliya), “Salzburg” (Avstriya) və “Dinamo Kiyev” (Ukrayna) də onlara qoşulub.

Həmçinin Çempionlar Liqasında qrup 3-cüsü kimi “Brügge” (Belçika), “Benfica” (Portuqaliya) və “Valencia” (İspaniya) da Avropa Liqasına vəsiqə qazanıblar.

Beləliklə, dekabrın 13-də Avropa Liqası qrup mərhələsinin son turunda 1/16 finala qalan 16 vəsiqənin taleyinə aydınlıq gələcək.