Əvvəlki görüşlərin nəticələrinə əsasən, favorit kimdir?

Futbol 03.12.2018 11:56
Əvvəlki görüşlərin nəticələrinə əsasən, favorit kimdir?
706 Dəfə oxunub
Azərbaycan millisi Avro-2020-yə çıxmaq uğrunda seçmə mərhələdə E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstan komandaları ilə mübarizə aparacaq.

Rəqiblərin öz aralarında əvvəlki oyunlarının nəticələrinə əsasən, komandaların gücünü müəyyənləşdirməyə çalışdıq.

Azərbaycan, Xorvatiya və Slovakiya yalnız ötən əsrin 90-cı illərinin əvvəlində yenidən müstəqillik qazandığından qrupdakı komandaların yalnız son 30 ildəki görüşlərini nəzərə aldıq.

XORVATİYA
Xorvatiya – Slovakiya: 6 oyun, 2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət (hamısı yoldaşlıq görüşü)
Xorvatiya – Macarıstan: 7 oyun, 3 qələbə, 4 heç-heçə
Xorvatiya – Uels: 4 oyun, 3 qələbə, 1 heç-heçə
Xorvatiya – Azərbaycan: 2 oyun, 1 qələbə, 1 heç-heçə (hamısı rəsmi oyun)

SLOVAKİYA
Slovakiya – Xorvatiya: 6 oyun, 2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət (hamısı yoldaşlıq görüşü)
Slovakiya – Macarıstan: 4 oyun, 2 qələbə, 2 heç-heçə
Slovakiya – Uels: 3 oyun, 1 qələbə, 2 məğlubiyyət (hamısı rəsmi oyun)
Slovakiya – Azərbaycan: 6 oyun, 5 qələbə, 1 məğlubiyyət (hamısı rəsmi oyun)

UELS
Uels – Xorvatiya: 4 oyun, 1 heç-heçə, 3 məğlubiyyət
Uels – Slovakiya: 3 oyun, 2 qələbə, 1 məğlubiyyət (hamısı rəsmi oyun)
Uels – Macarıstan: 2 oyun, 2 qələbə (hamısı yoldaşlıq görüşü)
Uels – Azərbaycan: 6 oyun, 5 qələbə, 1 heç-heçə (hamısı rəsmi oyun)

MACARISTAN
Macarıstan – Xorvatiya: 7 oyun, 4 heç-heçə, 3 məğlubiyyət
Macarıstan – Slovakiya: 4 oyun, 2 heç-heçə, 2 məğlubiyyət
Macarıstan – Uels: 2 oyun, 2 məğlubiyyət (hamısı yoldaşlıq görüşü)
Macarıstan – Azərbaycan: 5 oyun, 5 qələbə

AZƏRBAYCAN
Azərbaycan – Xorvatiya: 2 oyun, 1 heç-heçə, 1 məğlubiyyət (hamısı rəsmi oyun)
Azərbaycan – Slovakiya: 6 oyun, 1 qələbə, 5 məğlubiyyət (hamısı rəsmi oyun)
Azərbaycan – Macarıstan: 5 oyun, 5 məğlubiyyət
Azərbaycan – Uels: 6 oyun, 1 heç-heçə, 5 məğlubiyyət (hamısı rəsmi oyun)


Bu da E qrupundakı komandaların son 30 ildə öz aralarındakı görüşlərininin ümumi nəticələri:

1. Xorvatiya: 19 oyun, 9 qələbə, 8 heç-heçə, 2 məğlubiyyət, 35 xal
2. Slovakiya: 19 oyun, 10 qələbə, 4 heç-heçə, 5 məğlubiyyət, 34 xal
3. Uels: 15 oyun, 9 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət, 29 xal
4. Macarıstan: 18 oyun, 5 qələbə, 6 heç-heçə, 7 məğlubiyyət, 21 xal
5. Azərbaycan: 19 oyun, 1 qələbə, 2 heç-heçə, 16 məğlubiyyət, 5 xal